I Trdat

I Trdat
54 – 58
ƏvvəlkiRadamist
SonrakıVI Tiqran
63 – 72
ƏvvəlkiVI Tiqran
SonrakıI Sanatruk
Şəxsi məlumatlar
Doğum tarixi bilinmir
Vəfat tarixi 88
Fəaliyyəti baş kahin[d], suveren[d]
Atası II Vonon
Ailəsi Arsax krallığı[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəbərdarlıq: Vəzifəli şəxs şablonunu naməlum parametrlə işlədən səhifə. Naməlum parametr: "sülalə" (bu yazı yalnız sınaq görünüşündə görünür.).
Xəbərdarlıq: Vəzifəli şəxs şablonunu naməlum parametrlə işlədən səhifə. Naməlum parametr: "hakimiyyət müddəti_1" (bu yazı yalnız sınaq görünüşündə görünür.).

I Trdat və ya I Tiridat (erm. Տրդատ Ա, lat. Tiridatus) — 53–72-ci illər arasında fasilələrlə hakimiyyətdə olmuş Ermənistan çarı. Parfiya çarı II Vononun oğlu olan Trdat Arşakuni sülaləsindən olan ilk Ermənistan çarı idi. Onun hakimiyyəti ilk dəfə 54-cü ildə başlamış, lakin 58-ci ildə taxtından enmişdir və bu vəziyyət 63-cü ilə qədər davam etmişdir. Demək olar ki, yalnız Roma müəlliflərinin qələmə aldığı mənbələrin azlığı onun hakimiyyətinin bir çox aspektlərinin naməlum olduğunu göstərir.

66-cı ildə Roma ilə Parfiya arasında Ermənistan haqqında bağlanmış müqaviləyə əsasən, Parfiya hakimi I Vologezin qardaşı Trdat Ermənistanın çarı olmuş, Romada imperator Neron tərəfindən taclandırılmışdır. Razılaşmanın şərtlərinə görə, onun varisləri Parfiya şahzadələri olacaqdı, lakin onların Ermənistan taxtına çıxması üçün Romanın razılığı alınmalı idi. Beləliklə, Ermənistan həm Romanın, həm də Parfiyanın vassalına çevrilmişdi.[1] Dövrün bir sıra Roma müəllifləri Neronun Ermənistanı de-fakto olaraq Parfiyaya verdiyini düşünürdü.[2]

Trdat həm də zərdüşti kahini idi, 66-cı ildə Romada olarkən o, digər zərdüşti maqlar ilə birlikdə qalır. XX əsrin əvvəllərində bəzi tarixçilər onun zərdüştiliyin romalaşdırılmış versiyası hesab olunan mitraizmin inkişafında rol oynadığını düşünürdülər.[3] O vaxtdan bu nəzəriyyə geniş şəkildə təkzib edilmişdir.[4]

Onun dəqiq doğum və ölüm tarixi məlum deyil.

  1. Mahé, 2005
  2. Redgate, 2000. səh. 88–91
  3. Cumont, 1905
  4. Beck, 2011

Developed by StudentB